Yol polisinə gedərkən idarənin dayanacağında bu qaydalara əməl edin - VİDEO

Bakı şəhər sakini Saleh Nəsirov Bakı Şəhər Dövlət Yol Polisinin ərazisindəki avtomobil dayanacağı ilə bağlı video çəkərək Daxili İşlər Nazirliyinə ünvanlayıb. Onun müraciətinə dərhal reaksiya verilib və müvafiq addımlar atılıb. Avtosfer.az Saleh Nəsirovun yazdıqlarını və paylaşdığı videonu təqdim edir:
“17 oktyabr 2017-ci il tarixində Bakı şəhər Dövlət Yol Polisi İdarəsində oldum və ərazinin avtodayanacaq hissəsində olduqca xoşagəlməz mənzərə ilə rastlaşdım. Görüntüləri sosial şəbəkələrdə yaymaq üçün deyil, DYP-yə müraciətimə əlavə sübüt materialı olaraq göndərmək məqsədilə lentə aldım. Məqsədim və missiyam bəllidir. Qərara aldım ki, bu problemi aradan qaldırım. Beləliklə, Daxili İşlər Nazirliyinin saytı vasitəsilə DYP-yə müraciət məktubunu göndərdim. Qeyd etdim ki, ərazini təmizləyib gələcəkdə bu halların təkrarlanmaması üçün əraziyə zibil qutuları və xəbərdarlıq məlumat lövhələri quraşdırılmalıdır.
Bir müddət sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədov mənimlə əlaqə yaratdı. Müraciətimə baxıldığını, rəhbərlik tərəfindən olduqca müsbət qarşılandığını və işlərin aparıldığını, eyni zamanda səmimi minnətdarlığını bildirdi. Daha sonra noyabrın 14-də səhər saat 09:00 radələrində mənə DYP-dən zəng vurararq əraziyə dəvət etdilər. Nəticəni videoda görürsünüz: əraziyə 4 zibil qutusu, 3 məlumat lövhəsi yerləşdirildi və təbii ki, tullantılar yığışdırıldı.
Vaqif müəllimin dediyinə görə, oradan 4 maşın zibil çıxardılıb. Əlavə olaraq Vaqif müəllim onu da qeyd etdi ki, işlər hələ tamamlanmayıb və yaxın gələcəkdə avtodayanacaq asfaltlanacaq və yerə xəttlər çəkiləcək.
Sonda onu qeyd etmək istərdim ki, hər bir vətəndaş bu yanaşma ilə öz yaşadığı icmada bütün problemləri və nöqsanları rahatlıqla aradan qaldıra biləcək hüquqa malikdir. Yetər ki, istək və Vətənə sevgi olsun!”.
Avtosfer.az saytı olaraq biz də Saleh Nəsirovun bu addımını bəyənirik. Xüsusən də, DYP rəhbərliyinin belə bir məsələyə həssas yanaşması təqdir olunmalıdır. Qeyd etmək yerinə düşər ki, dünən günün sonlarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov ərazini bir daha nəzərdən keçirib, görülən işlərlə tanış olub və müvafiq tapşırıqlar verilib. Yaxin günlərdə həmin dayanacaqda yeniliklərin olacağı gözlənilir. Odur ki, Bakı şəhər DYP-yə yolu düşən sürücülər həmin avtodayanacaqdan istifadə edərkən qaydalara əməl etsinlər. Ərazini zibilləyənləri cərimə gözləyir. Avtomobilləri isə səliqəli saxlamaq lazımdır ki, başqalarına əngəl yaranmasın.
Elməddin Muradlı
Bu şəhərdə 2 ildir yol-nəqliyyat qəzalarında ölüm hadisəsi baş verməyib - FOTO
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO










