Yol polisinə tabe olmayan qadın sürücü həbs olundu - VİDEO

Fevralın 22-dən 23-nə keçən gecə Bakıda qadın sürücü polisin “saxla!” əmrinə tabe olmadığı üçün bu gün məhkəmə qərarı ilə həbs olunub. Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər sakini Viktoriya Vlasova Səbail rayon Məhkəməsinin qərarı ilə 3 gün inzibati həbs cəzası ilə cəzalandırılıb və Səbail rayon RPİ-nin 9-cu polis bölməsindən birbaşa DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə aparılıb. O, məhkəmədə verdiyi ifadəsində törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib.
Viktoriya Vlasovanın sürücülük hüququ da 1 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, avtomobilin ödənilməmiş cəriməsi də olduğundan polis əməkdaşları əmrə tabe olmayan qadın sürücünü süni tıxacla saxlayıblar. Ancaq sürücü maşından düşməməkdə israr etdikdə yol polisi qadını maşını ilə birgə təxliyyə etməyi qərara alıb. Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. O, avtomobildən düşmədiyindən maşın sürücü ilə birlikdə evakuatora mindirilərək cərimə meydançasına aparılıb. Xanım sürücü cərimə meydançasında da avtomobildən düşməyib. Ancaq yol polisinin verdiyi məlumata görə bir neçə saatdan sonra maşından düşüb və yoxlama zamanı onun sərxoş olduğu müəyyən edilib.
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












