Yol polisinin yazdığı cəriməni hissə-hissə ödəmək olarmı?

Yol hərəkəti qaydalarını pozduqlarına görə inzibati qaydada məsuliyyətə cəlb edilərək barələrində cərimə yazılmış sürücülər cərimə məbləğlərini tam şəkildə ödəməlidirlər. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev sürücülərin yol polisi tərəfindən edilmiş cərimələrin hissə-hissə ödənilməsi ilə bağlı müraciətlərinə cavab olaraq bildirib. Şöbə rəisinin sözlərinə görə, cərimələr hissə-hissə ödənilə bilməz: "Cərimə qanunvericilikdə müəyyən edilmiş vaxtda ödənilmədikdə cərimə məbləğinin üstünə hər gün 1 faiz dəbbə pulu gəlir. Əgər cərimə ödənmirsə və məbləği artırsa, o zaman sürücünün idarə edərkən qayda pozuntusuna yol verdiyi həmin avtomobilin saxlanması barəsində qərar qəbul edilir. O zaman sürücü avtomobili yolda idarə edə bilməyəcək. Əgər idarə etsə, polis əməkdaşı onu saxlayıb avtomobili mühafizə olunan müvəqqəti duracağa aparacaq. Ta ki cərimə və dəbbə pulu tam ödənilməyincə avtomobil duracaqdan buraxılmır. Ona görə də sürücülərə tövsiyə edilir ki, cərimələri vaxtında ödəsinlər".
K.Əliyev əlavə edib ki, sürücü həmin avtomobili idarə etməsə, həyətdə və ya haradasa başqa yerdə saxlasa, onun barəsində tədbir görülmür. Lakin artıq nəqliyyat vasitəsinin saxlanması barədə qərar qəbul olunubsa, o zaman cərimə məbləğinin ödənilməməsi səbəbindən həmin nəqliyyat vasitəsi hətta yolun kənarında dayanmış vəziyyətdə olsa belə, aparılıb duracağa yerləşdirilə bilər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












