Yol polisinin yeni sistemi və yeni qaydalar - Hər yerdə RADAR TƏHÜKƏSİ - VİDEO

İ-patrul və gizli polis sisteminin işə düşməsi sürücülərdə müəyyən çaşqınlıq yaradır. Söhbət sırf sürət həddinin aşılması ilə bağlı cərimələrin təyinindən gedir. Belə ki, radarların qoyulduğu yerlərdən müəyyən məsafədə qanunun tələbi ilə xəbərdaredici nişanlar qoyulub. Gizli polis və i-partul sistemli avtomobillər isə hər yerdə ola bilər. Onda bu xəbərdaredici nişanlara ehtiyac varmı?
Qanunda göstərilir ki, yaşayış məntəqələrində 50-150 metr məsafədə, magistrallarda isə 150- 1000 metr məsafədə müvafiq xəbərdaredici nişan olmalıdir. Amma İ-patrul və gizli polis sistemlərinin tətbiqindən sonra sürücülər istənilən yerdə radara düşə bilər. Göründüyü kimi ortada bir ziddiyyət var və sürücülərin narazılığına səbəb olur.
Belə çıxır ki, İ-patrul və gizli polis sisteminin işə düşməsi və qanunvericiliklə tənzimlənməsi digər tələbi qüvvədən salır. Hüquqşünaslar yaranmış çaşqınlığı aradan qaldırmaq üçün xəbərdaredici nişanların yığışdırılmasını təklif edir.
Belə olan halda isə sürücülər yol hərəkəti qaydalarına daha ciddi əməl edəcəklər və yol polisi və onlar arasında ziddiyyətli məqamlar aradan qalxacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












