Banner

«Yol qəzalarında ölən insanların hamısı təqsirkar olmur»

Avtoxəbər 15 Aprel 2014 00:00 Oxunub 3236
«Yol qəzalarında ölən insanların hamısı təqsirkar olmur»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Onların arasında təqsiri olmayan sürücülər də var, piyadalar da, sərnişinlər də»

 

«Avropa dövlətlərində yol qaydalarının pozulması mədəniyyətsizlik kimi qiymətləndirilir»

«İstənilən yol qəzasının baş verməsində birinci növbədə insan faktoru durur. Amma yol qəzalarında ölən insanların hamısı təqsirkar olmur. Onların arasında təqsiri olmayan sürücülər də var, piyadalar da, sərnişinlər də. Yəni nəqliyyat vasitəsini idarə edən də insandır, yolu keçən də. Amma nədənsə bizim hərəkət iştirakçılarımız bu məsələlələrə elə də ciddi yanaşmırlar». Bu fikri Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin “Qafqazinfo”-ya müsahibəsində deyib. Onun fikrincə, yolda ölümü çox ucuzlaşdırıblar: «Hamı fikirləşir ki, mən evdən çıxıb hərəkət iştirakçısı oluramsa, qəza mənim başıma gələ bilməz. Bu arxayınçılıq hamımızda var. Biz elə bil öyrəşmişik ki, o qəzaların yalnız tamaşaçısıyıq. Görün televiziyada, mətbuatda elə bir gün varmı ki, qəza qurbanları haqqında məlumat verilməsin. Bu gün bir adi qrip epidemiyası yayılan kimi insanlar xəstəliyə yoluxanla kontaktda olmadan, sadəcə məlumatı eşitdiyi halda çaılışır ki, profilaktiki tədbirlər görsün ki, özü də xəstəliyə yoluxmasın. Amma nədənsə hər gün insan ölümü göstərilməsinə baxmayaraq, o ölənlərin hərəkətini hamı eyni ilə təkrar edir. Məsələn, Avropa dövlətlərində yol qaydalarının pozulması mədəniyyətsizlik kimi qiymətləndirilir. Çox böyük ictimai qınaq var. Bizdə isə bu yoxdur. İndi-indi hələ  bəzən avtobuslarda görürsən ki, nadir hallarda bir sərnişin sürücüyə irad bildirəndə digər sərnişinlər də ona dəstək olur. Adətən indiyə qədər biz həmişə görmüşük ki, bir avtobus sürücüsünü qayda pozuntusuna görə yol patrul xidmətinin əməkdaşı saxlayanda onun içərisində nə qədər sərnişin varsa düşüb sürücüyə haqq qazandırmağa çalışır. Ya tələsirik, ya da bu sürücü neyniyib. O yaxşı sürür və s. kimi sözlərlə sürücünün məsuliyyətə cəlb edilməsinə mane olurlar. Amma bir qəza törənən kimi deyirlər ki, yol polisi hara baxır ki, bu sürücü belə idarə edir. Əslində bütün təbəqənin insanları yol polisinə kömək etməlidir. Bir ictimai qınaq yaranmalıdır ki, sürücü yol polisindən, cərimədən deyil ictimai qınaqdan çəkinsin. Bu gün yol qəzalarında ölənin yaralanın səbəbini yol polisindən soruşmaq düzgün deyil. Çünki yol polisi yeganə xidmətdir ki, bilavasitə yollarda qəzaların qarşısının alınmasına çalışır. Amma yenə də görürsən ki, hardasa sürücü sərxoş vəziyyətdə sükan arxasına oturub bir hadisə törədir, sürət həddini aşır, manevr qaydasını pozur. Hər sürücünün yanında bir polis əməkdaşı yerləşdirmək olmaz ki. Son vaxtlar sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən sürücülərin sayı atrıb. Sərxoş vəziyyətdə qəza törədən sürücülərin də sayı az deyil. Bəs bu sürücülər harada içirlər? Sükan arxasında içmirlər ki. Bunlar ya dostları, ya da ailə üzvləri ilə oturub içirlər, ondan sonra da avtomobilin sükanı arxasına otururlar.  Yaxşı, bu adam ola bilər ki içdi, hərəkətini dərk etmədi. Bəs içməyə başlamazdan əvvəl ailə üzvləri düşünmür? Onun ağsaqqalları, dostları başa düşmürlər ki, bu adam içib sükan arxasına oturarsa özü bir yana, başqalarını da ölümə sürükləyəcək. Bir neçə gün bundan əvvəl Gəncədə 6 gəncin ölməsi ilə nəticələnən qəza baş verdi. Orda da sərxoşluq faktı var idi. Yaxşı bunun biri başa düşmədi, bəs o birilər? Bu gün hadisələr var ki, ahıl yaşında olan baba 15 yaşında olan nəvəsinə maşın alıb hədiyyə edir. Ona icazə verir ki, sürsün. İmişlidə 15 yaşında oğlan toy günündə idarə etdiyi maşınla yük maşının altına girdi, 4 nəfər yeniyetmənin 4-də öldü. Bəs bunları kim edir? Biz güvəndiyimiz ağsaqqalar qəzanın, ağır faciənin qarşısını almaq əvəzinə ona şərait yaradırlar. Ən böyük problemimiz də budur. Bu gün tək medianın yox, ictimaiyyətin tanınmış nümayəndələrinin də bizə köməyi olmalıdır. Hər gün bunu deyirik, göstəririk, hər gün buna görə 4000-5000 sürücü məsuliyyətə cəlb olunur.  Amma yenə də bildiklərini edirlər. Bu gün siz mənə bir nəfər sürücü göstərin ki, o bilməsin ki, qırmızı işıqda keçmək olmaz. Nişan 90 kmsaat göstərdiyi yerdə 150 ilə idarə etmək olmaz. Giriş qadağan nişanı varsa ora daxil olmaq olmaz. Bunları hansı sürücü bilmir? Bunu üçüncü sinif şagirdindən soruş, o da deyəcək. Bunu sürücü də bilir, amma əməl etmir.  Yəni insan özündə o qədər arxayınlaşma hiss edir ki, o “puluma minnət burdan da keçərəm, sürəti də qaldıraram, başqa qaydanı da pozaram” deyib etdiyi hərəkətin nəticəsini düşünmür. Amma çox vaxt onun fikirləşdiyi kimi olmur və qəza zamanı ölüm varlı kasıb tanımadan hamının canını ala bilir. Bu gün yollarda o qədər avtomobil var ki, insanın bir an belə diqqətinin yayınması artıq hadisə səbəb olur və çox təəssüflər olsun ki, belə fikirdə olub qəza törədənlərin sürücülük təcrübəsi 10, 15 il dən artıq olanlardır. Bir də ümumiyyətlə sürücülük hüququ olmayanlar. Ağır qəzaların təxminən 25 faizi sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilir. Kimsə içir, özü halda olan vəsiqəsizə maşını idarə etməyi verir. Nəqliyyat vasitəsini idarə etmə bacarığı olmayan adama maşını verirsən, nə fərqi var o yenə qəza törədir, səni də öldürür, özünü də».

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh