Yolda dayanıb qəzaya baxan sürücünu arxadan vurdular - 5 yaralı - FOTO

Axşam saatlarında Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, əvvəlcə 99-LF-265 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil digər bir maşınla toqquşub. Onların arxasınca gələn 20-CE-897 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşını isə qəzadan yayınmaq istəyərkən idarəetməni itirib və yol kənarına çıxaraq aşıb. Maşının yük yerində olan qum ətrafa dağılıb. Hadisənin baş verdiyi zaman yolun sağ tərəfində hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobilin sürücüsünün diqqəti qəzada olduğundan o da qarşıdakı "Lada" markalı avtomobilə çırpılıb və yoldan çıxıb.
Bildirilir ki, üçüncü qəza "Lada"nın sürücüsünün də diqqətinin sol tərəfdə baş vermiş avtomobil qəzasında olduğundan sürəti azaltması səbəbindən baş verib. "Lada" markalı avtomobildəkilər musiqiçi olublar və şənlik evinə gedirlərmiş. Qəza zamanı "KamAZ"ın sürücüsü ağır, digər avtomobillərin sürücüləri və 2 sərnişin isə yüngül xəsarət alıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.
.jpeg)
.jpeg)
.jpeg)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir















