Yollara səpilən qum-duz qarışığı avtomobillərə ziyan vura bilər – VİDEO

Qış aylarında xüsusilə qar yağan zaman əsas məsələ yollarda nəqliyyatın təhlükəsiz hərəkətini təmin etməkdir. Digər tərəfdən yağan qar yol təsərrüfatında da ciddi ziyan vura bilir. Aidiyyatı qurumlar yollarda buzları təmizləmək üçün lazımi tədbirlər görürlər. Bunun üçün ən ideal variant qum və texniki duz qarışığı hesab olunur.
Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, duz dünyada buzların əridilməsi üçün ən çox istifadə olunan reagentdir. Buz donan zaman molekullar arasında yaranan güclü bağlantını dağıltmaq üçün çoxlu duz lazım olur. Lakin bu qarışıq yolu qardan təmizləməklə yanaşı nəqliyyat vasitələrinə də ciddi zərər vura bilər. Səbəb isə duzun metalla güclü reaksiyaya girə bilməsidir.
Araşdırmalar göstərir ki, yolun səthi donmadan əvvəl duzla emal olunsa daha effektiv olar və qum-duz qarışığından da 4 dəfə az istifadə edilər. Bundan əlavə duz çox da aşağı olmayan temperaturlarda daha güclü təsir göstərir. Bununla yanaşı buzların əridilməsi üçün qum-duz qarışığından istifadə bəzi ekoloji problemlər də yaradır. Qar əriyən zaman duz yollardan yuyularaq çaylara axır, bu da suyun normadan artıq şorlaşmasına gətirib çıxarır. Buna görə də alternativ metodlar axtarılır. Çıxış yolu kimi çuğundur şirəsi və ya pendir istehsalı zamanı əmələ gələn zərdab təklif olunur. Bu vasitələrin tərkibində natrium az olduğuna görə ətraf mühit üçün təhlükəsiz hesab edilir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










