Yolların qardan təmizlənməsi xüsusi qərargaha həvalə olundu

Hava şəraitinin kəskin soyuması, yolların buz bağlaması ilə əlaqədar sürücülərə xəbərdarlıq olunub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) artıq bununla bağlı lazımi işlər həyata keçirir. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov verilən hava proqnozla əlaqədar sürücülərə xəbərdarlıq etdi: "Bakı şəhərində hava dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq, deməli, həmişəki kimi yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi və ya baş vermiş yol-qəza hadisələrində ağırlıq dərəcəsinin sayının az olması məqsədi ilə əvvəlcədən sürücülərə müraciət edirik ki, belə hava şəraitində bacardığımız qədər şəxsi avtomobildən istifadə etməyək. Çalışaq ictimai nəqliyyat vasitəsindən istifadə edək", - deyə Vaqif Əsədov bildirdi. O həmçinin sürücülərə sürüşkən, buzlu yollarda maşın idarə etmək üçün avtomobillərin şinlərinin mövsümi olmasına diqqət yetirmələrini tövsiyə etdi. "Təkərlərin tərkibində rezin məmulatı çox olmalıdır. Əyləc sistemindən istifadə etmək avtomobilin sürüşməsi deməkdir. Şüşəsilənlər işlək vəziyyətdə olmalıdır. Mühərriklərdə su olan avtobillərdə donma baş verir ki, bu da texniki nasazlıq yaradır, odur ki, mühərrikə antifriz tökülməsi məsləhətdir. Avtomobilin hərəkətə gətirilməsi və dayandırılmasında sürət qutusundan istifadə olunmalıdır", - deyə polkovnik məsləhət verdi.

Şaxtalı havada yola çıxanlar bunlara əməl etməlidirlər.
Vaqif Əsədov piyadaları da şaxtalı hava şəraitində ehtiyatlı olmağa çağırdı. O, qeyd etdi ki, piyadalar yolda gedərkən mütləq səkilərdən istifadə etməlidir, yolu keçərkən isə piyada keçidlərindən keçməlidirlər. BŞDYPİ-nin bölmə rəisin sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) "Qış qarajı" ilə birgə qərargah yaradılıb. Belə soyuq hava şəraitində BŞDYPİ-nin əməkdaşları enişli-yoxuşlu, çətin keçilən yollara, tunellərə nəzarət edəcək, radiocihazlar vasitəsilə "Qış qarajı"na məlumat veriləcək və BŞİH-in qabaqcadan hazırlamış tədbirləri (yollara qum, duz səpilməsi və digər texniki avadanlıqlar) sayəsində həmin yolların qardan təmizlənməsi prosesi həyata keçiriləcək. 
Vaqif Əsədov - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR










