Yolsuzluq avtomobili yeni “Toyota Prado” artıq Bakıda - FOTOLAR

Bu gün Nardarandakı “Sea Breeze” istirahət mərkəzində “Toyota Prado”nun yeni modelinin təqdimat mərasimi keçirilib. Avtosfer.az xəbər verir ki, tədbiri “Toyota”nın Qafqaz üzrə prezidenti Mitsui Konişi açıb. O əmin olduğunu bildirib ki, 5-ci sinif "Prado Land Cruiser" avtomobilini hər kəs bəyənəcək.
“Toyota Bakı Mərkəzi”nin Marketinq müdiri Nərgiz Abbasova isə öz çıxışında mərkəzin Azərbaycandakı fəaliyyətindən danışıb. N.Abbasova deyib ki, “Toyota Bakı Mərkəzi” Bakıda 2006-cı ildə açılıb və noyabrın 11-də 11 ili tamam olacaq. Onun sözlərinə görə, şirkətin Bakı və Gəncədə satış salonları mövcuddur.
Təqdmiatda həmçinin “Toyota Abşeron Mərkəzi”nin satış müdiri Elşən Əhmədov da çıxış edib. Onun sözlərinə görə, test etdiyi yeni avtomobil gözləntilərini üstələyib.
Məlumata görə, hazırda “Toyota Prado” öz sinfində dünya üzrə liderdir. Məhz Azərbaycan bazarının 20%-nə bu avtomobil nəzarət edir.
Erqonomik və rahatlığı ilə seçilən sürətlər qutusu və yeni dizaynda cihazlar paneli özündə 8 düyüm olan Toyota Touch 2 multi-media sistemi, Optitron spidometri və 4,2 düyümlük multi-informasiya displeyini birləşdirir.
Yeni “Prado” Azərbaycanda 8 komplektasiyada təklif olunur və onun sürət qutusu 5 və 6 pilləli avtomat müəyyən olunub.
Komplektasiyadan asılı olaraq model 2.7 litr, 4.0 litr benzin və 3.0D dizel mühərriklər ilə təchiz olunur.
Tədbirin sonunda media nümayəndələri “Toyota Prado”nu yolsuzluq şəraitində sürüb, sınaqdan çıxarıblar.
Elmin
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur



























