Yolu keçən piyadanı vurub qaçdı, amma uzağa gedə bilmədi - VİDEO

Yağışlı havada sürəti düzgün seçməyən sürücü, yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətdən yerindəcə ölüb. Ağır yol-nəqliyyat hadisəsi gecə Abşeron rayon Masazır qəsəbəsində baş verib. ''Qurtuluş-93'' yaşayış kompleksinin qarşısında yolu keçmək istəyən Azad Allahverdiyevi avtomobil vurub. Sürücü yaralı piyadaya kömək etmək əvəzində hadisə yerindən qaçıb. Polis səhərə yaxın hadisə yerindən qaçan sürücü Elman Əliyevi saxlayıb. O, piyadanın qəfildən qarşısına çıxdığını deyir. Elman Əliyev öz evlərinə gələrək hadisə ilə bağlı valideyinlərinə danışıb. Saxlanıldıqdan sonra onun avtomobili də gilzətdiyi yerdən aşkar edilərək polis idarəsinə gətrilib.
Abşeron polisi əməliyyatla Bakı-Sumqayıt yolunun üzərində avtomobil qaçıran Qubadlı rayon sakini İmdad Məmmədovu saxlayıb. Polis müəyyən edib ki, İmdadın idarə etdiyi ''Vaz-2107'' markalı avtomobili Sumqayıtdan paytaxta qaçırırmış. 31 yaşlı İmdad Məmmədov əvvəllər törətdiyi iki cinayətə görə 11 il azadlıqdan məhrum edilib. Bu fakta görə də ən azı 5 il azadlığından olacaq.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










