Zakir Həsənov cəbhəboyu zonada - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada olub. Avtosfer.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçuların döyüş, eləcə də atəş və taktiki hazırlıqlarının yüksəldilməsi məqsədilə nəzərdə tutulan təlim poliqonuna gələn nazir ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi və digər praktiki məşqlərlə bağlı görülən işlərlə maraqlanıb. Müdafiə naziri ərazidəki komanda məntəqəsində olub, çöl şəraitində yaradılmış düşərgədə təlim keçən şəxsi heyətlə görüşüb, onların peşəkarlıq və döyüş qabiliyyətlərinin artırılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib. Sonra nazirliyin rəhbərliyi hərbi şəhərcik ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib. Ümumilikdə hər biri üç otaqdan ibarət 52 xidməti mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən təmirli otaqlar mebel və digər avadanlıqla təmin edilib. Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçular və onların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Hərbi qulluqçular və ailə üzvləri yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.
Elə həmin gün Müdafiə naziri cəbhəboyu zonada yeni istifadəyə verilən səhra hospitalının açılışını da həyata keçirib.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev görülən işlər barədə məruzə edərək bildirib ki, təxirəsalınmaz və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan səhra hospitalı ən müasir tibbi avadanlıqla tam təchiz olunub.
Elmin
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var


















