ADY-nin təşkilatçılığı ilə COP29 öncəsi maarifləndirmə sessiyası keçirilib - VİDEO - FOTO

COP29 21 İyun 2024 16:33 Oxunub 342
ADY-nin təşkilatçılığı ilə COP29 öncəsi maarifləndirmə sessiyası keçirilib  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyunun 21-i “Azərbaycan Dəmir Yolları” QSC-nin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda araşdırma müsabiqəsində iştirak etmək istəyən KİV nümayəndələrinin maarifləndirmə sessiyası təşkil olunub.

Tədbir Azərbaycan Dəmiryol Muzeyində keçirilib. Açılış nitqi ilə çıxış edən ADY-nin mətbuat katibliyi şöbəsinin rəisi Sənubər Nəzərova iştirakçılara Azərbaycan dəmir yollarının inkişaf trendləri, COP29 öncəsi dayanıqlı inkişaf modelini seçən ölkəmizdə iqlim təşəbbüsləri və digər mövzular ətrafında məlumat verib.

Sessiyada Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edib. O, hansı ölkələrdə daha çox karbon emissiyası müşahidə olunduğunu, hansı ölkələrdə litium, kobalt, nikel kimi vacib enerji məhsullarının istehsal edildiyini iştirakçılara bildirib və onların suallarını cavablandırıb.

Tədbirdə çıxış edən “Sustainera” şirkətinin təsisçi və baş direktoru İlkin Hacı bildirdi ki, bu gün dünyanın ekoloji problemlərinin araşdırması ilə məşğul olan alimlərin qarşısında duran əsas məqsəd içməli su probleminin həllinin yaxın gələcəkdə tapılmasıdır.

Sessiyanın təşkilatçısı olan ADY-nin Sərnişin daşımaları departamentinin rəhbəri Azər Fərəcov çıxışı zamanı bildirib ki, Azərbaycanın dəmir yollarının 60 %-ə qədəri indiyədək elektrikləşdirib. İştirakçıların suallarını cavablayan departament rəhbəri vurğulayıb ki, COP29 tədbirinin həyata keçiriləcəyi dövrdə tədbir iştirakçılarının dəmir yolları ilə rahat səyahətinin təşkili üçün “yaşıl koridor” açılması məsələsi müzakirə olunur. Lakin bu elə formada həyata keçirilməlidir ki, vətəndaşlar üçün çətinliklərə də səbəb olmasın.

Maarifləndirici sessiyanın sonunda MEDİA-nın Müşahidə Şurasının üzvü Şəfəq Mehralıyeva bildirib ki, müxtəlif vəsaitlər hesabına əldə olunan resursların qorunması bu gün inkişaf etmiş dövlətlərin qarşısında duran prioritet məsələdir. Bu məqsədlə dövlətlər arası müqavilələr, COP29 kimi tədbirlər və təşkilatların ekoloji mövzularda verdiyi təkliflər əsas vasitə hesab olunur.

Tədbirin sonunda sessiyanın keçirilməsindəki əsas məqsəd,  COP29 öncəsi dayanıqlı inkişaf modelini seçən ölkəmizdə iqlim təşəbbüsləri və digər mövzular ətrafında təşkil olunacaq təlimlər barədə də məlumat verilib.

 Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh