Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

COP29 16 Noyabr 2024 23:51 Oxunub 322
Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr BTİ-nin Baş katibi Doreen Bogdan-Martin ilə görüşdə baş tutub.

"Təşkilatla Azərbaycan arasında telekommunikasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu gün COP29 çərçivəsində birgə keçirdiyimiz Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada qəbul edilmiş və 1000-dən çox maraqlı tərəfin dəstəklədiyi Bəyannamənin vacibliyini vurğuladıq. Növbəti il Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlığa dair fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh