Azərbaycanın dayanıqlı gələcəyinə aparan yol texnoloji innovasiyalarla sıx bağlıdır - NAZİR

COP29 16 Noyabr 2024 15:09 Oxunub 178
Azərbaycanın dayanıqlı gələcəyinə aparan yol texnoloji innovasiyalarla sıx bağlıdır - NAZİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın dayanıqlı "yaşıl" gələcəyinə aparan yol texnoloji innovasiyalarla sıx bağlıdır.

Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 sədrliyi çərçivəsində mətbuat konfransında deyib.

"Biz qətiyyətlə inanırıq ki, rəqəmsallaşma təkcə unikal landşaftlarımızı və biomüxtəlifliyimizi qorumaq üçün deyil, həm də səmərəliliyi və dayanıqlılığı artırmaq üçün vacibdir", - o bildirib.

Nazir qeyd edib ki, son yeddi ay ərzində Azərbaycan metro, avtobuslar, videomüşahidə kameraları və s. kimi altı milyard obyektdən məlumatları toplayan platforma yarada bilib.

"Bu, real vaxt rejimində rəqəmsal qərarlar qəbul etməyə imkan verir. Platforma nəqliyyatın işini optimallaşdırır ki, bu da emissiyaların azaldılmasına müsbət təsir göstərir. Rəqəmsal həllər həmçinin yollarda sıxlığı azaltmağa və paytaxtda havanın keyfiyyətini yaxşılaşdırmağa kömək edir", - o bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh