“COP29-da QHT-lər üçün geniş platforma yaradılıb” - Ramil İsgəndərli

Azərbaycanda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) dövlət və qeyri-hökumət təşkilatları geniş təmsil olunur. Gələcək günlərdə bir sıra yeni mövzular müzakirəyə çıxarılacaq. Yaşıl zona, xüsusən də ictimaiyyət üçün daha açıq bir zona olaraq təşkil edilib və vətəndaşlar buraya gələrək pavilyonları və qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini yaxından izləyirlər. QHT-lər də tədbirdə fəal iştirak edərək gördükləri işləri nümayiş etdirirlər.
Avtosfer.az xəbər verir ki, bu fikirləri “Azərtac”a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə heyətinin sədri Ramil İsgəndərli söyləyib.
O bildirib ki, beynəlxalq təşkilatların nümayəndələri də tədbirdə fəal təmsil olunublar, ekspert qismində çıxış ediblər. Yaşıl zonada “veqanlıq” və “vegetarianlıq” həyat tərzini təbliğ edən beynəlxalq təşkilatlar tərəfindən aksiyalar keçirilib. Bu da ifadə azadlığının bir forması olaraq qəbul edilir və göstərir ki, qeyri-hökumət təşkilatları üçün geniş platforma yaradılıb.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri vətəndaş cəmiyyəti iştirakçılığı üçün tam şərait yaradıldığını və dövlətin bu istiqamətdə iradəsini göstərir.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











