COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinq keçirilib - VİDEO

COP29 20 Oktyabr 2024 09:26 Oxunub 526
COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinq keçirilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gecə saatlarında keçirilən monitorinqlər uğurla yekunlaşdırılıb.

Avtosfer.az xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən monitorinq tədbirləri çərçivəsində oktyabrın 20-də saat 02:30-dan 04:00-dək paytaxtın mərkəzində qonaqların yerləşməsi üçün nəzərdə tutulmuş müxtəlif qonaqlama məkanları, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı istiqamətlərində müvafiq nəqliyyat vasitələrinin hərəkəti test edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh