COP29 nədir və nəyə görə Azərbaycanda keçirilir? - Elnur Soltanov sualları CAVABLANDIRDI - VİDEO

"COP29 tərəflərin 2024-cü ildə toplanması üçün Azərbaycanı seçdilər. Bizim üçün bu, böyük bir qürur mənbəyidir. Noyabr ayında Azərbaycanın liderliyində BMT ilə birgə ümid edirik ki, üzərimizə qoyulan və mandatı bizə verilən bütün sahələrdə qərarlar qəbul ediləcək".
Avtosfer.az xəbər verir ki, bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov Baku TV-yə müsahibəsində deyib.
O bildirib ki, bu qərarlardan ən əhəmiyyətlisi iqlim maliyyəsidir:
"Çünki iqlim fəaliyyətini həyata keçirmək həddindən artıq bahalı prosesdir. Alimlər hesablayırlar ki, bunun maliyyəti təqribən 5-12 trilyon dollar arasındadır. Ortalama götürsək, bu, 8-9 trilyon dollar deməkdir. Ümumilikdə bu gün dünya iqtisadiyyatının ölçüsü 100 trilyon dollardır. Amma daha əhəmiyyətli məqam burada inkişafda olan ölkələrə lazım maliyyədir. İnkişaf etmiş ölkələr iqlim maliyyəsini öz büdcələri hesabına həyata keçirirlər. Amma inkişaf etməkdə olan ölkələr təqribən illik 2,4 trilyon dollara ehtiyac duyurlar və onlar bu vəsaitə sahib deyillər. Builki konfransın məqsədi ondan ibarətdir ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 100 milyardlarla vəsaitin təminatında dəstək olsunlar. Bu məsələnin həllinin bizə tapşırılmış olması bizim üçün qürur mənbəyidir. Əminik ki, tərəflərə bu sahədə qərar vermələri üçün lazım olan bütün şəraiti yaradacağıq".
E.Soltanov qeyd edib ki, iqlim mövzusunda qarşı-qarşıya gəldiyimiz problem miqyas etibarilə insan növünün və ya irqinin qarşılaşdığı heç bir problemlə müqayisə edilə bilməz:
"Taleyüklü və dünyanın xilası mövzusunda olan bu məsələ Azərbaycana həvalə edilib. Azərbaycanın COP29-un ev sahibi seçilməsi heç bir şəkildə təsadüfi deyil. Püşk bizə çıxmadı, ölkəmiz bunu bu günə qədərki ağıllı, dəqiq hesablanmış fəaliyyəti nəticəsində əldə etdi".
Ətraflı süjetdə:
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











