COP29 zamanı şəhər daxilində nəqliyyat necə olacaq? - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə COP29 tədbiri çərçivəsində paytaxtda giriş-çıxış və ictimai nəqliyyatın hərəkətinin necə tənzimlənəcəyi barədə məlumat verilib.
Bildirilib ki, "Koroğlu" stansiyasının ətrafından, konkret olaraq "Piramida" adlanan ərazidən 163, 184 və 214 nömrəli marşrut xətləri fəaliyyət göstərəcək. "Koroğlu" stansiyasına gələn 12 marşrut xətti "Ulduz" istiqamətinə, digərləri isə "Qara Qarayev" və başqa istiqamətlərə yönləndiriləcək.
Diqqətə çatdırılıb ki, şimal tərəfdən şəhərə daxil olanların Avtovağzal istiqamətinə yönəlmələri tövsiyə olunur. Oradan isə həm metro, həm də 27 marşrut xətti üzrə şəhərə daxil ola bilərlər. Avtomobillə şəhərə gələnlər isə postlardan keçəcəklər.
Postlardan biri Bakı-Salyan yolunun 14-cü kilometrliyində, Şıxov istiqamətində, Lökbatan dairəsində qurulacaq. Nəqliyyatın axını Kənar Dairəvi yola yönləndiriləcək.
Əlavə olunub ki, Badamdar girişi sərbəst, Yasamal və Şamaxinka istiqamətində giriş isə fasilələrlə olacaq.
Ətraflı süjetdə:
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











