"İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirmək istəyirik" - Nazir

Türkiyə İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, son zamanlar Orta Dəhlizin inkişafı istiqamətində bir sıra addımlar atılır: "Azərbaycan da bu dəhlizin mühüm iştirakçılarındandır və dəhlizin inkişafı istiqamətində sərmayələr yatıraraq mühüm işlər görür. Biz də Orta Dəhlizi dəstəkləmək üçün işlər həyata keçirir, İnkişaf Yolu Dəhlizi üzərində işlər aparırıq. Belə ki, Fars körfəzindən başlayaraq 1 200 kilometrlik yol qət edib Türkiyəyə çatan bu dəhlizi Orta Dəhlizlə birləşdirərək Avropaya çatdırmaq istəyirik".
A. Uraloğlu qeyd edib ki, Türkiyənin də iştirak etdiyi Orta Dəhlizdə elektrikli qatarların və lokomotivlərin fəaliyyəti barədə müzakirələr aparılır.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











