"İqlim dəyişikliyi turizm sahəsinə mənfi təsir göstərir" - Muxtar Babayev

"İqlim dəyişikliyi turizm sahəsinə də mənfi təsir göstərir".
Avtosfer.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə bildirib.
Onun sözlərinə görə, iqlim dəyikşikliyi ilə mübarizə hərtərəfli əməkdaşlıq tələb edir: “Hər bir sahə bunun bir hissəsi olmalıdır. Turizm də bu mənada istisna deyil. Çünki bu sahə böyük potensiala malikdir. Turizm prinsipcə dünya iqtisadiyyatında unikal mövqeyə malikdir.
O bildirib ki, turizm iqlim dəyişikliyi ilə mübarizədə katalizator roulunu oynaya bilər: "Turizm müxtəlif ölkələrdə vacib gəlir mənbəyidir. Amma onun atmosferə buraxılan karbon emissiyalarında da payı var. Üstəlik, iqlim dəyişikliyi turizm sahəsinə mənfi təsir göstərir. Bu mənada turizmin qlobal iqlim gündəminə daxil olması üçün çalışacağıq".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











