Kəmalə Hüseynli: "İqlim dəyişikliyinin mərkəzində su dövriyyəsinin dəyişməsi dayanır"

"İqlim dəyişikliyinin mərkəzində su dövriyyəsinin dəyişməsi dayanır. Su dövriyyəsi əsasən iqlim dəyişikliyinin təsiri ilə dəyişir".
Avtosfer.az xəbər verir ki, bunu COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, Su ilə bağlı mərkəzin nümayəndəsi Kəmalə Hüseynli-Abışova tədbir çərçivəsində təşkil olunmuş "İqlim üçün su: Su məsələlərinin Milli Müəyyən edilmiş Töhfələrə (NDCs) və Milli Uyğunlaşma Planlarına (NAPs) inteqrasiyası" adlı tədbirdə bildirib.
"Biz iqlim platformalarında su haqqında da danışmalıyıq, çünki bu, fikrimizcə, birbaşa aktual mövzudur. Azərbaycanda su təhlükəsizliyi ilə bağlı çətinlikləri bilirik. Yəqin ki, siz Xəzər dənizinin daralmasını həyəcanverici dərəcədə eşitmisiniz. Dünyanın əksər yerlərində suya bir problem kimi baxılır, həm də həll yoludur. Bu, həm də təsirin azaldılması və uyğunlaşma strategiyalarının bir hissəsidir", - deyə o qeyd edib.
Nümayəndə əlavə edib ki, bu gün COP29 platformasında ilk su bəyannaməsi təqdim ediləcək: "Bu, COP 29 prezidentliyinin İqlim üçün Su Fəaliyyəti təşəbbüsüdür. Bu təşəbbüslə biz İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoquna başlamaq niyyətindəyik".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











