Reklam

Rayonlardan Bakıya gələn avtomobillərə məhdudiyyət olacaq? – RƏSMİ AÇIQLAMA

COP29 1 Noyabr 2024 18:09 Oxunub 980
Rayonlardan Bakıya gələn avtomobillərə məhdudiyyət olacaq? – RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi günlərdə Azərbaycanın bölgələrindən Bakıya gələn rayon qeydiyyatlı avtomobillər üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

Onun sözlərinə görə, rayonlardan gələrkən postlarda hər hansı yoxlama olmayacaq:

image

"Ola bilər ki, tədbir günlərində gedişata uyğun olaraq bəzi yollarda postlar qurulsun və məhdudiyyətlər tətbiq olunsun. Bu zaman alternativ yollar təklif olunacaq. Məhdudiyyətlər tətbiq olunan həmin postlarda da fasilələrlə nəqliyyat vasitələri buraxıla bilər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh