TƏCİLİ! Bakıya giriş-çıxış bağlanır? - MÜHÜM XƏBƏR

COP-29 sammiti ərəfəsində bəzi rayonlardan Bakıya girişin qadağan olunması ilə bağlı iddialar yayılıb. Sosial mediada və bəzi xəbər portallarında bu mövzu geniş müzakirə edilir. Bildirilir ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sammitin problemsiz keçməsi məqsədilə belə məhdudiyyətlər tətbiq oluna bilər.
Bu iddialar isə həm paytaxtda yaşayanlar, həm də rayonlardan gələn vətəndaşlar arasında geniş müzakirə olunur. Rəsmi qurumlar bu mövzuda hələlik hər hansı açıqlama verməsə də, məsələnin aktuallığı getdikcə artır.
Bəs, görəsən, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə COP-29 tədbiri ərəfəsində Bakıya girişə məhdudiyyətlər tətbiq oluna bilərmi?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Milli Məclisin Vl çağırış deputatı Ceyhun Məmmədov News24.az-a açıqlamasında bildirib ki, COP-29 sammiti ölkəmiz üçün olduqca əhəmiyyətli bir tədbirdir və onun təhlükəsiz keçirilməsi üçün hər bir şey təmin olunacaq:
“Bu kimi məsələlərlə bağlı rəsmi dövlət qurumlarının rəyini gözləməliyik. COP-29 böyük bir mötəbər tədbirdir. Bu ərəfədə ölkəmizə çoxlu qonaqların gəlməsi planlaşdırılır. Onların rahat şəkildə qarşılanıb yola salınması ilə bağlı dövlət qurumları olduqca sıx və ciddi rejimdə işləyəcək. Dövlətimiz bu tədbirə kifayət qədər ciddi hazırlaşıb. Hesab edirəm ki, Bakıya girişin qadağan olunması irəliləyən zamanlarda prosesin gedişatından asılı olacaq”.
Deputat qeyd edib ki, əgər COP-29 sammitinin kifayət qədər təhlükəsiz və şəffaf keçirilməsi üçün belə bir qərarın qəbul olunmasına zərurət yaranarsa, bu baş verə bilər. Onun sözlərinə görə, sadəcə bu tədbir zamanı yox, ümumiyyətlə rayonlardan gələn avtomobillərin Bakıya buraxılmasında bəzi məsələlərə baxılmalıdır:
“Bu gün vaktiki olaraq şəhərdə çox sıxlıq var, avtomobil idarə etmək olmur. Rayondan, kənardan gələn avtomobillər üçün böyük bir dayanacağın yaradılması lazımdır. Yəni şəhər daxilində sadəcə metro və avtobuslardan istifadəyə üstünlük verilməlidir. Bakı şəhərində nəqliyyatla bağlı çox ciddi problemlər var. Nəqliyyatla bağlı müəyyən addımlar atılmalıdır”.
Ceyhun Məmmədov əlavə edib ki, Bakının nəqliyyat problemi ilə bağlı yaxın zamanlarda addımlar atılmazsa, bu məsələ getdikcə daha da çətinləşəcək. Bu anlamda müyyən yeniliklərə ehtiyac var. Ümid edirik, hazırki sıxlığın aradan qaldırlması üçün geniş layihələr tərtib olunacaq və real addımlar atılacaq.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











