Vampi Libon: "Su iqlim siyasətində mərkəzi yer tutmalıdır"

"Əgər su ilə bağlı heç bir tədbir görülməsə, bu, 2050-ci ilə qədər qlobal ÜDM-in 8-15 faizi həcmində itkilərə səbəb ola biləcək çox mənfi iqtisadi nəticələrə gətirib çıxara bilər".
Avtosfer.az xəbər verir ki, bunu COP29 çərçivəsində "İqlim üçün su: Su həllərinin Milli Müəyyən edilmiş Töhfələrə (NDCs) və Milli Uyğunlaşma Planlarına (NAPs) inteqrasiyası. Biomüxtəliflik, su və iqlim zənciri" mövzusunda yüksəksəviyyəli dəyirmi masada Niderlandın Xarici İşlər Nazirliyinin dayanıqlı inkişaf üzrə səfiri və inklüziv yaşıl böyümə direktoru Vampi Libon bildirib.
"Su iqlim siyasətində mərkəzi yer tutmalıdır və birgə fəaliyyət göstərmək vacibdir. Təxminən 90 faiz ölkə artıq öz milli planlarına su ilə bağlı uyğunlaşma tədbirlərini daxil edib. Lakin bu öhdəliklərin maliyyələşdirilməsi problemi hələ də həll edilməyib. Bu, bütün maraqlı tərəflərin kollektiv səylərini tələb edən əsas vəzifədir. Xoşbəxtlikdən, su məsələlərinə diqqət artır və tərəfdaşlar həll yolları üzərində işləməyə hazırdırlar. Niderlandda biz su ehtiyatlarının idarə edilməsinin bütün aspektlərini yaxşı başa düşürük və ortaya çıxan çağırışlarla necə mübarizə aparmağı bilirik. Biz əməkdaşlığa, bir-birimizdən öyrənməyə və birgə işləməyə hazırıq. İnvestisiyaların cəlb edilməsinə, potensialın inkişafına və bilik mübadiləsinə kömək edə bilərik, çünki bu, olduqca vacibdir", - deyə o qeyd edib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











