Yalçın Rəfiyev: "İqlim dəyişikliyi həyatın hər bir aspektinə təsir edir"

"Qlobal istiləşmənin yaratdığı çağırışlara cavab vermək üçün insanlara sərmayə qoymaq lazımdır".
Avtosfer.az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbir çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün İnsan İnkişafına dair Bakı Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.
"İqlim dəyişikliyi həyatın hər bir aspektinə təsir edir: səhiyyəyə, təhsilə, əmək bazarlarına və ən əsası gələcək nəsillərin imkanlarına. Qlobal istiləşmənin yaratdığı çağırışlara cavab vermək üçün biz insanlara sərmayə qoymalıyıq və bu sərmayə həyatın ən erkən mərhələsindən başlamalıdır.
Uşaq və gənclərin təhsil, səhiyyə və bacarıqların inkişafı vasitəsilə gücləndirilməsi dayanıqlı cəmiyyətin bir hissəsi olmalıdır. Bu sərmayə təkcə dayanıqlılığı deyil, həm də iqlim dəyişikliyinin azaldılması səylərini əhatə etməlidir. Bu, gələcək işçi qüvvəsini yaşıl iqtisadiyyatın tələblərinə hazırlamaq, təhsil və səhiyyə sistemlərinin iqlimə təsirini azaltmaq deməkdir", - o vurğulayıb.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











