"07"də aşkar olunan 65 kilo murdar ət yandırıldı - FOTO

21 iyun 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Naftalan şəhəri, Qasımbəyli kənd sakini Əmirxanov Mürşüd Mayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı 45-BF-928 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında dövlət baytarlıq nəzarəti xidmətindən Avtosfer.az-a daxil olan xəbərə görə, ümumi çəkisi 65 kq olan heyvan cəmdəyi və daxili orqanları müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella typhimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti və qida üçün tamamı ilə yararsız olması müəyyən edilib.
Qərara uyğun olaraq aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan cəmdəyi və heyvanın daxili orqanları baytarlıq mütəxəssislərinin nəzarəti altında Goranboy rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.
Fərid

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












