"10 dəqiqəlik yolu 1 saata gəlmişəm": Kəndlərlə əlaqə kəsildi – VİDEO

İsmayıllıya gecə saatlarında yağan qarın hündürlüyü 40-50 sm-ə çatıb. Avtosfer.az ARB Şəki-yə istinadən xəbər verir ki, Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Avtomobillər saatlarla yolda gözləmək məcburiyyətində qalıblar.
Seyran Ağayev - sürücü: "Bakıdan gəlirəm, vəziyyət çox pisdir. Heç bir sürücüyə belə gündə yola çıxmağı arzulamıram. Şəxsən mən "Niva" ilə çətinlik çəkirəm".
Ruslan Seyidov - sürücü: "Bakıdan gəlirəm. Yollar buzdu. 10 dəqiqəlik yolu sürüşə-sürüşə 1 saata gəlib çıxmışam".
Yaranan problem səbəbindən "İsmayıllı Yol İstismar" MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollardan qarın təmizlənməsi işləri görülüb, nəqliyyatın hərəkəti qismən də olsa bərpa edilib. Lakin qar yağışının davam etməsi səbəbindən yollar yenidən qar örtüyünə bürünüb. Hazırda duz və qumun səpilməsi işləri davam etdirilir.
Rayonun Lahıc qəsəbəsi və 20-yə yaxın ucqar kəndlə rayon mərkəzini birləşdirən yollarda avtomobillərin hərəkəti dayandırılıb.
9 Saylı Yol İstismar idarəsindən verilən məlumata əsasən, kənd yollarındakı problemlər günorta saatlarına kimi aradan qaldırılacaq. Şəhərdaxili yollarda isə gecə saatlarında yaranan çətinliklər artıq aradan qaldırılıb, piyadaların və nəqliyyatın hərəkəti tam təmin edilib.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY


















