“10 dəqiqəlik yolu 1 saatdır fırlanırıq...” - VİDEO

Son günlər Bakı şəhərinin əksər küçə və prospektlərində, xüsusilə paytaxtın şimal girişi və Bakı-Sumqayıt magistralına çıxan yollarda güclü tıxaclar müşahidə edilir.
Avtosfer.az xəbər verir ki, həftəsonu keçiriləcək Formula 1 yarışları ilə əlaqədar paytaxtın mərkəzi yollarının bağlanması və ya darlaşdırılması, şəhərin cənub girişi olan Lökbatan dairəsindən mərkəzə doğru hərəkətin qadağan edilməsi və paralel olaraq bir sıra küçə və prospektlərin təmir edilməsi şəhərdə nəqliyyat gərginliyinin kəskin artmasına gətirib çıxarıb.
Sürücülər və sərnişinlər bəzi hallarda Masazır dairəsindən 20 Yanvar metrostansiyasına 10 dəqiqəyə gəldikləri yolu son 3 gündür, 1-2 saata gəldiklərini bildirirlər. Eyni vəziyyət digər istiqamətlərdə - Ziya Bünyadov prospekti, Babək prospekti, Bakı-Sumqayıt yolu, Bakı-Şamaxı yolu, Binəqədi şosesi və digər ərazilərdə də davam edir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Formula 1 yarışları ilə bağlı məhdudiyyət tətbiq edilən yolların bəziləri sentyabrın 11-13-ü aralığında müəyyən edilmiş pik saatlarda, bəzi məhdudiyyətlərlə açıq olacaq. Bu da müəyyən qədər nəqliyyat sıxlığının azalmasına gətirib çıxara bilər.
Mövzu ilə bağlı ARB kanalının çəkdiyi sujeti təqdim edirik:
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR











