10 nəfər ölüb, 56 nəfər yaralanıb - Yol polisi razıdır

Bu il yanvarın 1-dən fevralın 6-dək Bakı şəhərinin inzibati ərazisində 52 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nətəcədə 10 nəfər ölüb, 56 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, bu göstəricilər yol polisini razı salır. Belə ki, ötən müvafiq dövr ilə müqayisədə hadisələrin sayı 36 fakt (ötən il 88 hadisə), ölüm 15 fakt (ötən il 25 ölüm), xəsarət isə 35 fakt (ötən il 91 yaralı) azalıb.
V.Əsədovun fikrincə, bu müsbət tendensiyaya yol polisi əməkdaşlarının gördüyü məqsədyönlü tədbirlər nəticəsində nail olunub.
Lakin yol polisini narazı salan məqamlar da var. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü paytaxtda piyadalarla bağlı yol qəzalarının çoxluğundan narahat olduqlarını vurğulayıb: "Hadisələrin, demək olar ki, yarısı, yəni təxminən 50 faizi məhz piyadavurma ilə bağlı olub ki, bu da ciddi narahatlıq doğurur. Bundan əlavə, hadisələrin 41 faizi sürət hdəddinin aşılması, 29 faizi isə avtomobillərin təhlükəli manevrlər, yəni ötmə, manevretmə qaydalarının pozulması və qarşı hərəkət zolağına çıxılması səbəbindən baş verib".
Yol polisi bir daha sürücü və piyadaları yol hərəkəti qaydalarına riayət etməyə, özünün və ətarfındakılarının həyatını təhlükəyə atmamağa çağırır.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










