10 nəfərdən ibarət cinayətkar qrup ifşa olundu

Respublikanın daxili işlər orqanları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində keçirilən xüsusi əməliyyat tədbiri uğurla nəticələnib. Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, əməliyyat-istintaq tədbirləri nəticəsində 10 nəfərdən ibarət cinayətkar qrup ifşa olunub. İlkin araşdırmalarla müəyyən edilib ki, qrup üzvləri qanunsuz əldə etdikləri xarici ölkə vətəndaşlarına aid bank kartlarından respublika ərazisində onlayn ödənişlər edib, müxtəlif hesablara külli miqdarda pul vəsaiti köçürüb və vətəndaşların bank hesablarından oğurluq etməyə cəhd göstəriblər.
Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-1, 177.3.2 və 272.2.2-ci (elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb. İş üzrə Sumqayıt şəhər sakinləri Ruzigar Bəylərov, Həmid Əzimzadə, Səbuhi Quliyev, Bakı şəhər sakini Elnur Ağayev, Laçın rayonunda anadan olmuş Elxan Abdulkərimov və qrupun digər üzvləri müvafiq maddələrlə təqsirli bilinərək həbs ediliblər. Hazırda onların analoji cinayət əməllərinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












