100-dən çox insanı öldürən erməni taksi sürücüsünün atası da qatil çıxdı

Moskvada müştəriləri zəhərləməkdə ittiham olunan daha bir taksi sürücüsü saxlanılıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, saxlanılan taksi sürücüsü, dünən barəsində həbs-qətimkan tədbiri seçilən taksi sürücüsü erməni Vaaqn Karapetyanın atasıdır. Ata Karapetyan da analoji cinayət hadisəsinə görə saxlanılıb. Belə ki, o da müştərilərinə zəhərli su verərək, onları qarət etməkdə şübhəli bilinir. Rusiya Daxili İşlər Nazirliyi Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətindən 53 yaşlı ata Karapetyanın saxlanılması faktını təsdiq ediblər. Polislər müəyyən ediblər ki, Moskva sakini gecə yaşadığı ünvana getmək üçün taksiyə əyləşib, yolda su içmək istəyib. Bu zaman taksi sürücüsü ona su təklif edib. Zərərçəkən sudan içəndən sonra halı pisləşib. O, huşunu itirib. Zərərçəkən gözlərini açanda artıq evində olub. O, mobil telefonunu itirdiyini anlayıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polislər 53 yaşlı Karapetyanı yaxalayıblar. Onun yaşadığı evdən 20 mobil telefon, 190-dan çox antipsixotrop həb, 98 qol saatı aşkarlanıb.
Qeyd edək ki, dünən Moskvanın Ostankino Məhkəməsi 29 yaşlı Vaaqn Karapetyanı analoji cinayətdə təqsirli bilərək barəsində həbs-qətimkan tədbiri seçib. Oğul Karapetyan 100-dən çox müştərisini zəhərləyərək öldürməkdə və soyğunçuluqda günahlandırılır.
Vaaqn Karapetyan artıq günahını etiraf edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












