Reklam

100 manata ünvanlı sosial yardım düzəldənlər dələduzlardır – RƏSMİ AÇIQLAMA

Gündəm 20 Avqust 2024 16:15 Oxunub 332
100 manata ünvanlı sosial yardım  düzəldənlər dələduzlardır – RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətəndaşlara qarı istər kiber üsulla, istərsə də ənənəvi qaydada dələduzluq edilməsi faktları son günlər artmaqdadır.

Avtosfer.az xəbər verir ki, ölkə ərazisində kimliyi müəyyən edilməyən şəxslərin vətəndaşlara ünvanlı sosial yardım almaqda kömək edəcəyi ilə bağlı təkliflər etməsi məsələsi gündəm olub. Bu cür xidmətlər göstərməyi vədən edən bir sıra ofislər və obyektlər də var.

Həmin şəxslər vətəndaşın əksər hallarda 100 və daha çox manatını alaraq ona ünvanlı sosial yardım ala bilməsi ilə bağlı vədlər verir. Daha sonra Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında bir çox sənədləri əskik yerləşdirərək müraciəti göndərdiyini deyir və bir müddət sonra imtina cavabı gəldiyini açıqlayır. Vətəndaşın isə ödədiyi 100 manat xidməthaqqı olaraq mənimsənilir.

Paytaxtın Nizami rayonu Qara Qarayev prospektində də həm belə obyektlər, həm də belə yardımlar düzəldəcəyini bəyan edən şəxslərin elanlarını tez-tez görmək mümkündür. Lakin nədənsə bu cür elanlar qısamüddətli yerləşdirilir və vaxtaşırı elanların yerləri dəyişdirilir.

Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili saytımıza açıqlamasında bildirib ki, belə addımlar dələduzluq yolu ilə qazanc əldə etmək məqsədinə yönəlib.

“Ünvanlı dövlət sosial yardımı ilə bağlı qeydiyyatdan keçmək, müraciət etmək üçün hər hansı bir ödəniş tələb olunmur. İstənilən şəxs ünvanlı dövlət sosial yardımı, bu yardımın kimlərə şamil olunduğu, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmək qaydası barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az və Dövlət Sosial Müdafiə Fondunun dsmf.gov.az saytlarından “Ünvanlı dövlət sosial yardımı” bölməsindən öyrənə bilər. Eyni zamanda həmin bölmədəki müvafiq altbölmə üzərindən ünvanlı sosial yardımla bağlı müraciət edə bilər”.

Rəşad Mehdili sonda vətəndaşlara müraciət edərək vurğulayıb ki, paytaxt küçələrində, sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində guya köməklik ediləcəyi kimi elanlarla rastlaşdıqları halda, diqqətli olsunlar və aldanmasınlar.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh