11, 38 və 71 saylı avtobuslar yeni sxem əsasında hərəkət edəcək – VİDEO

11 nömrəli marşrut xətti üzrə avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək. Bakı Nəqliyyat Agenrtliyindən Avtosfer.az-a verilən məlumata görə, bu marşrut xətti üzrə avtobuslar Əhməd Rəcəbli və Ağa Nemətulla küçələrindən keçməklə Heydər Əliyev prospektinə, oradan isə Xətai prospekti istiqamətində hərəkət edəcək. Əks istiqamətdə isə avtobuslar Əhməd bəy Ağaoğlu və Təbriz küçələrindən keçməklə, Əhməd Rəcəbli küçəsi istiqamətində yollarına davam edəcəklər.
Həmçinin 38 nömrəli marşrut xətti üzrə avtobuslar iyunun 24-dən bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək:
Bu marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən gələrkən Heydər Əliyev prospekti, Müzəffər Nərimanov, Xəlil Rza Ulutürk küçələrindən keçməklə, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olacaq.
Bundan başqa, 71 nömrəli marşrut xətti üzrə avtobuslar da sabahdan bir həftə müddətində sınaq rejimində yeni sxem əsasında hərəkət edəcək:
Metronun “Azadlıq prospekti” stansiyasından “Baksol yolu” adlanan əraziyə gələn 71 nömrəli marşrut xətti üzrə avtobuslar İslam Abışov və Ələsgər Qayıbov küçələrindən keçməklə Koroğlu metrostansiyasına hərəkət edəcək.

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












