12 yaşlı uşaq məktəb avtobusunu oğurladı - VİDEO

Sükan arxasına keçən uşaq, avtomobillərin hərəkətdə olduğu yolda avtobus idarə etməklə faciəyə yaşıl işıq yandırdı. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, bu görüntülər ABŞ-ın Meyn ştatında lentə alınıb. Banqor şəhərində yaşayan 12 yaşlı bir məktəbli ictimai nəqliyyat vasitəsilə şəhər gəzintisinə çıxıb.
Həmin vaxt başqa bir avtomobillə hərəkətdə olan Con Cermeyn adlı sakin avtobusu idarə edən sürücünün təcrübəsiz olduğunu dərhal anlayıb. Maşına yaxınlaşanda nəqliyyat vasitəsini uşağın idarə etdiyini görən amerikalı əvvəl telefonla baş verənləri faktlaşdırıb. Daha sonra maşından enərək avtobusa doğru qaçan Con, qapını açaraq qəza baş vermədən azyaşlını sükandan uzaqlaşdırıb.
Həm uşağı, həm də böyük ehtimalla yoldakı digər sürücüləri potensial xəsarətdən xilas edən amerikalı, görüntüləri yerli polisə təqdim edib. Mediada yayımlanan kadrlar ölkədə ciddi rezonans yaradıb. 12 yaşlı uşağın məktəb avtobusunu oğurlamasının digər şagirdlər üçün örnək olacağından ehtiyat edilir.
Hər halda 12 yaşlı uşaq polis nəzarətinə götürülüb. Onun haqqında cəza tədbirləri görüləcəyi gözlənilir.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










