126 saxta səhifə bloklanıb - Nazir müavini açıqladı - VİDEO

"Azərbaycan ermənilər tərəfindən onlayn platformalarda təhrif olunmuş xəritələrlə üz-üzə qalıb. Müraciətlərimiz nəticəsində yüzlərlə, minlərlə toponimin adı dəyişdirilərək əvvəlki tarixi adı bərpa edilib". Bu sözləri "Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər"lə bağlı hesabatın təqdimat mərasimində çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib. Nazir müavini dezinformasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb.
''Bu il yanvarın 1-dən bu günə kimi sosial şəbəkələrdə 126 saxta səhifənin yoxlanılması həyata keçirilib". Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan "Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər"lə bağlı hesabatın təqdimat mərasimində deyib. Onun sözlərinə görə araşdırmalar zamanı məhz həmin səhifələr vasitəsilə yalan informasiyaların paylaşıldığı məlum olub. Nazir müavini bildirib ki, Azərbaycan ermənilər tərəfindən onlayn platformalarda təhrif olunmuş xəritələrlə üz-üzə qalıb. Görülən ardıcıl işlər nəticəsində həmin xəritələrdə azad edilmiş ərazilər üzrə minlərlə toponimin tarixi adı bərpa edilib. Nazir müavini həmçinin qeyd edib ki, Azəbaycanın kibertəhlükəsizlik strategiyası hazırlanıb.
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO










