13 min tonluq tanker əsaslı təmirdən çıxıb - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Nəsimi” tankeri əsaslı təmirdən çıxıb. Avtosfer.az xəbər verir ki, bu barədə Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, 13 min ton yükgötürmə qabiliyyətinə malik gəminin “Zığ” Gəmi Təmiri Zavodunda keçən ilin dekabrında başlayan əsaslı təmiri 24 saatlıq növbəli iş prinsipi əsasında həyata keçirilib.
"Tankerin gövdəsi, baş və köməkçi mühərrikləri, bütün sistemləri (yük, ballast, soyutma, yağlama sistemləri və s.) yüksək keyfiyyətlə təmir olunub. Radio və naviqasiya cihazları, göyərtə mexanizmləri, lövbər bucurqadı, şpil, xilasedici avadanlıqlar və digər qurğular saz vəzyiiyətə gətirilib. Gəmi təmirçiləri xidməti və yaşayış otaqlarının da heyətin ürəyincə olması üçün əllərindən gələni əsirgəməyiblər", - deyə məlumatda qeyd olunub.
Dəniz sınaq yoxlanışından uğurla çıxan “Nəsimi” tankeri növbəti 5 il üçün istismara tam hazırdır.
Dahi Azərbaycan şairinin adını daşıyan tanker Xəzərdə istismar ediləcək, Rusiya, Qazaxıstan, Türkmənistan istiqamətində neft və neft məhsulları daşıyacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI

















