135 gəmidə 1522 nöqsan aşkar edildi

Azərbaycan bayrağı altında üzən 135 gəmidə aparılan bayraq nəzarəti yoxlaması zamanı ümumilikdə 1522 nöqsan aşkar edilərək aradan qaldırılması təmin edilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin hesabatında deyilir. Bildirilir ki, bu nöqsanlardan 276-sı “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiya (STCW) üzrə, 907-si “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiya (SOLAS) üzrə, 63-ü “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiya (MARPOL) üzrə, 163-ü “Dənizdə əməyə dair Konvensiya” (ILO (MLC)) üzrə, 50-si "Yük nişanı haqqında" 1966-cı il tarixli Beynəlxalq Konvensiya (ICLL) üzrə, 17-si “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında” Konvensiya (COLREG) üzrə, 46-sı isə digər hallar üzrə olub.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












