15 avtomobil və kitabxana yandırıldı

Ötən gecə İsveçin cənubundakı Malmö şəhərində 15 avtomobil yandırılıb. "Report"un məlumatına görə, bu barədə "Sydswenskan" qəzetinin elektron versiyası xəbər yayıb. Məlumata görə, yanğın Seved və Rusenqord rayonlarında baş verib. Hadisə zamanı həmçinin əlillər üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitəsi də yandırılıb. Xilasedicilər qaz balonunun olduğu avtomobilin yanması səbəbindən yaranmış partlayış təhlükəsi ilə əlaqədar yaxınlıqdakı yaşayış binasının sakinlərini ərazidən təxliyə etməli olublar.
Cinayətkarlar həmçinin Limxamn rayonunda inşa edilməkdə olan kitabxana binasını da yandırıblar. Hadisə zamanı xəsarət alan olmayıb.
"Biz hadisənin təsadüfən baş verdiyini düşünmürük" – deyə yerli polisin nümayəndəsi Mari Keysmar bildirib.
Qeyd edək ki, yay mövsümünün əvvəlindən Malmödə 110-dan çox avtomobil yandırılıb. Hələlik hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












