154 “Tomoqavk” daşıyan Amerika sualtısı Kim Çen Ina yaxınlaşır

ABŞ Hərbi Dəniz Qüvvələrinin Şimali Koreya sahillərinə yaxınlaşan təyyarədaşıyan zərbə qruplaşmasının tərkibində modifikasiya olunmuş “Ohayo” sualtı qayığı da yer alır. Sualtı qayıq 154 “Tomoqavk” raketi ilə silahlanıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın güc strukturlarındakı mənbə Lenta.ru-ya bildirib.

Xatırladaq ki, aprelin 8-də ABŞ donanmasının “Karl Vinson” təyyarədaşıyan qruplaşması qəfil əmrlə Şimali Koreya sahillərinə göndərilib. Bu, Şimali Koreya rejiminin ballistik raket sınaqlarına cavabdır. Pxenyan ABŞ-ı vura biləcək və nüvə başlığı daşıyan ballistik raketi sınaqdan çıxarmağa hazırlaşır. “Bizim Amerika qüvvələrinin regiona hərəkəti barədə öz məlumatlarımız var, qruplaşmanın tərkibində sualtı qayıq da yer alır. Ən azı bir sualtı qayıq hazırda Sakit okeanın qərb hissəsindədir və oradan Şimali Koreya ərazisinə raket zərbələrinin endirilməsi mümkündür”-mənbə deyib. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində bildirib ki, Pentaqon Şimali Koreya sahillərinə armada göndərib. “Çox güclü. Tərkibində sualtı qayıqlar da var. Olduqca güclüdür. Təyyarədaşıyandan daha güclüdür”-Tramp bildirib. Yaponiya mətbuatı isə xəbər verir ki, ABŞ administrasiyası Şimali Koreya ilə bağlı iki seçim təklif edib. Bunlardan birinə görə Çin Pxenyan rejiminə təzyiq edərək onu ballistik raket sınaqlarından çəkindirəcək. İkincisinə görə, ABŞ Şimali Koreyaya raket zərbələri endirəcək.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












