Reklam

158 nəfəri öldürən tıxac: BİZDƏ DƏ TƏKRARLANA BİLƏR

Gündəm 1 Noyabr 2024 14:36 Oxunub 190
158 nəfəri öldürən tıxac: BİZDƏ DƏ TƏKRARLANA BİLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İspaniyada 158 nəfərin ölümü, onlarla insanın itkin düşdüyü leysan artıq geridə qalıb. İspan xalqı belə bir faciə ilə 1973-cü ildə üzləşmişdi. O zaman daşqın 300 nəfərin həyatına son qoymuşdu. Budəfəki daşqında isə ekspertlərin qənaətinə görə, faciənin qarşısını almaq mümkün idi.

Avtosfer.az xəbər verir ki, ekspertlər ölənlərin çoxluğunu bir neçə amillə əlaqələndirsələr də, məmur laqeydliyi və vətəndaş məsuliyyətsizliyini də ön plana çəkirlər.  Meteoroloqlar 2 gün əvvəldən leysan proqnozlaşdırsalar da, fövqəladə hallar xidməti əhaliyə xəbərdarlığı saat 20.00-dan sonra, artıq yağış başlayanda göndərib. Bu zaman isə artıq gec idi. Hətta çox adam mesaj aldıqdan sonra da maşınla küçəyə çıxıb.
Burada bizimlə oxşar bir məqam da diqqəti cəlb edir: yağışın başlaması yollardakı tıxacla üst-üstə düşüb. İnsanlar yolda olduğu vaxt sel maşınları aparıb və faciəyə yol açıb. Ölənlərin də çoxu məhz avtomobildəkilər olub.
Britaniyanın Ridinq Universitetinin professoru Hanna Klokun fikrincə, bu faciənin miqyasını çox sadə yolla aradan qaldırmaq mümkün olardı. Əgər həmin günü əhalinin işdən 2 saat əvvəl çıxaraq evlərinə qayıtması təmin edilsəydi, faciənin miqdarı qat-qat az ola bilərdi.  Öz evlərində ölən insanların sayı maşında ölənlərdən qat-qat çoxdur. İctimai nəqliyyatda da zərərçəkənlər az olub. İndi mobil telefonlara ani mesaj göndərmək üçün bir neçə dəqiqə kifayətdir. 30 il əvvələdək bu iş radio vasitəsi ilə həyata keçirilirdi və hamı üçün əlçatan deyildi.
Bu fakt bir daha tıxacların yaratdığı riski göz önünə qoyur. 
İspaniya ilə bizim bir oxşar cəhətimiz də iş vaxtlarının konkret olmamasıdır. Berlin və ya Parisdə saat 22.00-da işləyən marketə rast gəlmək mümkün olmadığı halda, Madriddə bu saatda işləyən bank tapmaq adi haldır.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh