175 saylı marşrut sahibinin müqaviləsinə xitam verildi - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) 175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti (Şah İsmayıl Xətai metro stansiyası- Hövsan qəsəbəsi) üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı ilə bağlanan müqaviləyə xitam verib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, 175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların texniki cəhətdən istismara yararsız olması, onlara vaxtı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin reysə buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, avtobusun salonunun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması qeyd olunan marşrutdan istifadə edən sərnişinlərin ciddi narazılığına səbəb olub.
Sərnişinlərin Bakı Nəqliyyat Agentliyinin “ALO 141” Çağrı Mərkəzinə etdiyi (ümumilikdə 157 müraciət) müraciətlər, həmçinin, Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər əsasında 175 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin mövcud tələblərə əməl olunmadan, daşıyıcı şirkət tərəfindən marşrut xəttinə istifadəyə yararsız və texniki cəhətdən nasaz avtobuslar buraxılmaqla həyata keçirilməsi müəyyən edilib. Dəfələrlə Agentlik tərəfindən müvəqqəti istismarı həyata keçirən daşıyıcı şirkətə edilən yazılı və şifahi xəbərdarlığa baxmayaraq, daşıyıcı şirkət tabeliyində olan nəqliyyat vasitələrinin yenilənməsi istiqamətində hər hansı ciddi addım atmayıb. Məhz qeyd edilən amillər nəzərə alınaraq, 175 nömrəli xətt üzrə müvəqqəti istismarı həyata keçirən daşıyıcı ilə olan müqaviləyə xitam verilərək xətt üzrə müvəqqəti sərnişindaşımanı həyata keçirmək digər daşıyıcıya həvalə olunub.
Dəyişikliyə əsasən, sentyabrın 1-dən 175 nömrəli xətt üzrə sərnişindaşımada əsaslı təmir edilmiş avtobuslardan istifadə olunacaq. Yeni daşıyıcıya avtobuslararası intervala ciddi riayət edilməsi, sürücülərin müəyyən olunmuş təlimatlara əməl etməsi, həmçinin, müvəqqəti sərnişindaşımanı müvafiq qanunverciliyin tələblərinə uyğun olmaqla təşkil edilməsi ilə bağlı ciddi tapşırıqlar verilib.
Emin
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO


















