188-in evakuatorunun səbəb olduğu ağır qəzada ölənlərin sayı 3 oldu - VİDEO

Bakının Kürdəxanı qəsəbəsində baş vermiş ağır qəzada ölənlərin sayı 3-ə çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə zamanı ağır xəsarət almış və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı ağır xəsarət almış 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı dünən xəstəxanada ölüb. Ağır qəzada xəsarət almış digər şəxslər - özəl klinikaya köçürülmüş 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Nurəddin oğlu və 3 saylı Kliniki Tibbi Mərkəzə köçürülmüş 1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu koma vəziyyətindədir. Qeyd edək ki, qəzaya səbəb "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşını yol hərəkətini pozması olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












