"188"in evakuatoru ilə toqquşan "Mercedes" görün nə hala düşdü - Ölən var - FOTO

Bakının Sabunçu rayonu ərazisində 1 nəfərin ölümü ilə nəticələnmiş yol qəzasında yaralanan 4 nəfər hazırda 1-ci dərəcəli koma vəziyyətindədir. Bu barədə "Report"a yaralıların yerləşdirildiyi 3 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qəza Kürdəxanı qəsəbəsində baş verib. 90-NF-513 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus 90-JZ-887 dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşının arxadan çırpılıb. Hadisə "MAN" dönmə əməliyyatı edərkən baş verib. Nəticədə "Mercedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onlar qəza zamanı avtomobildə sıxılıb qalmış 4 nəfəri çıxardaraq aidiyyəti üzrə təhvil veriblər. Ağır xəsarət alan Kürdəxanı qəsəbə sakinləri, 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Nurəddin oğlu, 1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı və 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















