19 yaşlı ana sevgilisiylə qaçdı - Bakıda

Bir neçə gün əvvəl Binəqədi Rayon Polis Bölməsinə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Gülxanım Yusifova qızı və nəvəsinin qaçırılması ilə bağlı müraciət edib. Ana bildirib ki, avqustun 5-də, saat 23:00 radələrində Eldar adlı şəxs onun qızı, 1998-ci il təvəllüdlü Aytəni və 2015-ci il təvəllüdlü nəvəsi Yusifi oğurlayıb. Avtosfer.az xəbər verir ki, oxu.az məsələnin təfərrüatını öyrənib.
Hadisədə adı hallanan Eldar Əzizulla oğlu Bağışov məsələnin heç də qayınanasının dediyi kimi olmadığını deyib. “Burada söhbət qaçırılmaqdan gedə bilməz. Biz bir-birimizi sevdik və bir yerdə yaşamağa qərar verdik. Planlaşdırdığımız yerdə görüşüb gəlmişik evə. Mən onları evlərindən qaçırmamışam. Polis idarəsində izahatımda da belə yazmışam. Aysel hazırlıqlı gəlmişdi. Evlərindən həm özünün, həm də uşağına lazım olan əşyaları toplayıb, gəlib yolun kənarına, oradan da birlikdə görüşüb getmişik”.
Qaçırıldığı deyilən 1998-ci il təvəllüdlü Yusifova Aysel Fuad qızı da hadisəni təsdiqləyib. “Paltarımı yığıb gəlmişəm görüşə. Oradan da getmişik”.
Ayselin dediyinə görə, o, əvvəlki həyat yoldaşından rəsmi olaraq boşanıb. Eldarla da yaxın günlərdə nikaha girməyi planlaşdırır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












