195 nömrəli marşrut üzrə avtobuslar yenilənəcək

Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı qoyulan tələbləri yerinə yetirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görür.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə 195 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı şirkət ilə bağlanan müqaviləyə xitam verilib.
Bildirilib ki, 195 nömrəli marşut üzrə fəaliyyət göstərən avtobusların texniki cəhətdən istismara yararsız olması, təyin olunan iş saatına qədər işləməməsi və intervalın çox olması qeyd olunan marşrutdan istifadə edən sərnişinlərin ciddi narazılığna səbəb olurdu: "Sərnişinlərin Bakı Nəqliyyat Agentliyinin ALO141 Çağrı Mərkəzinə etdiyi müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin mövcud tələblərə əməl olunmadan, daşıyıcı şirkət tərəfindən marşrut xəttinə istifadəyə yararsız və texniki cəhətdən nasaz avtobuslar buraxılmaqla həyata keçirilməsi müəyyən edilib. Bakı Nəqliyyat Agentliyinin müvafiq sərəncamına əsasən, 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq digər fərdi sahibkara havalə edilib. Sahibkara tapşırılıb ki, 195 nömrəli marşrut üzrə sərnişindaşımanı yenilənmiş avtobuslardan istifadə etməklə və müvafiq qanunvericiliyin tələblərinə uyğun olmaqla təşkil etməlidir".
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










