199 nömrəli avtobusdakı mübahisə ilə bağlı – AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə “Xaliq Faiqoğlu” şirkətinin sürücüsü ilə sərnişin arasında mübahisə yaşanması barədə görüntülər yayılıb.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, 10.09.2024-ci il tarixdə 199 saylı müntəzəm marşrut xəttində xidmət göstərən 99 JL 464 dövlət qeydiyyat nişanlı “BMC” markalı avtobus yollardakı mövcud vəziyyətlə bağlı gecikmə ilə hərəkət edib.
“Sürücü Sabir Əliyev saat 19:00 radələrindərə Bakı-Sumqayıt yolunda üzü şəhər istiqamətində hərəkətdə olan zaman yolda güclü tıxac müşahidə edilib. Bu zaman avtobusun salonunda olan sərnişinlərdən biri sürücüyə narazılığını bildirib və uyğunsuz ifadələr işlədib. Sərnişin Moskva prospektində nəqliyyat vasitəsini tərk edib. Hadisə vaxtı digər sərnişinlər tıxaca görə sürücünün günahkar olmadığını bildiriblər və onu nəqliyyat vasitəsindən kənarlaşdırıblar.
Qeyd edirik ki, xoşagəlməz hal zamanı sürücü təhlükəsizlik kəmərini açmayıb və sükan arxasında olub. Buna baxmayaraq tərəfimizdən sürücüyə xəbərdarlıq edilib və sərnişinlərlə nəzakətli davranması barədə təlimatlandırılıb” , - şirkətdən bildirilib.
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO










