“2 övladım qəzada ölüb, bircə oğlum da dənizdə batdı...” - Neftçi atası

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında dənizdə estakadada baş verən qəza zamanı itkin düşən neftçilərdən beş nəfəri Ələt qəsəbəsinin, bir nəfəri Hacıqabul rayon sakinidir. Avtosfer.az-ın APA TV-yə istinadən xəbərinə görə, onların arasında Hacıqabul rayonu Atbulaq kənd sakini, operator, 1979-cu il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlunun ailəsinin faciəsi daha dəhşətlidir. Qorxmaz ailəli olub. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Qorxmazın övladı yoxdur. Qorxmazgilin ailəsi bir neçə il əvvəl dəhşətli avtoqəzanın qurbanları olub. Belə ki, toydan qayıdan qohumlar qəzaya uğrayıb.
Atası İsbat Rüstəmov deyir ki, həmin qəzada 14 qohum həyatını itirib. Onlardan 3-ü Qorxmazın bacısı, qardaşı və bacısı oğlu olub: “5 il əvvəl 3 nəfər-1 qızım, 1 oğlum, 1 nəvəm, ümumilikdə qohumlarımla birgə 14 nəfər avtoqəzada həyatlarını itirdi. Bir oğlum qalmışdı, o da dənizdə batdı, daha mənim heç kimim qalmadı”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












