"20 Yanvar dairəsi"ndə təmir yekunlaşdı, yol açıldı – FOTO

Bakı şəhəri Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə gedən yola keçid hissədə və dairəyə doğru aparılan yenidənqurma işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, artıq sözügedən ərazidə məhdudlaşdırma aradan qaldırılaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qeyd edək ki, bu ərazidə işlər Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində "Azəravtoyol" ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində görülüb. Paytaxtın şimal girişində, Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissədə “20 Yanvar dairəsi”nə doğru genişləndirilib. Məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan nəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. Bundan öncə Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcud idi. Aparılan işlər nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki hərəkət zolaqlı edilib. Nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılmış olub. Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti sözügedən ərazidə nəqliyyat axınının yüksək olması nəzərə alınaraq qısa müddət ərzində və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. "Azəravtoyol" ASC bundan sonra da nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində işlərini davam etdirəcək.
Emin
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB















