“20 Yanvar” stansiyasının keçidində olan ticarət köşklərinin yığışdırılması - TƏKLİF OLUNUB - FOTO

“Bakı Metropliteni” QSC metronun “20 Yanvar” stansiyasındakı keçiddə olan köşklərin yığışdırılması üçün aidiyatı qurumlara müraciət edib.
Avtosfer.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib.
Ə.Osmanovun sözlərinə görə, həmin qurumlar metroya qane edici cavab verməyib.
"Yalnız metronun “20 Yanvar” stansiyasına gedən keçiddə belə bir ticarət köşkləri görə bilərsiniz. O keçid isə “Bakı Metropoliteni” QSC-nin ərazisinə daxil olmayan mülkiyyətdir. Amma digər stansiyalarda isə yalnız aptek və gül dükanları açılıb. Onlar isə gediş-gəlişə qətiyyən mane olmur.
Yəqin ki, əvvəlki illərdə metroda olan ticarət yerlərini görmüşdünüz. Az qalırdı sərnişinlər böyür-böyürə getsin.
“20 Yanvar” stansiyasına gedən keçiddəki ticarət köşkləri ilə də bağlı aidiyyəti üzrə müraciətlərimiz olub. Amma bizə sizi qane edəcək cavab gəlməyib. Bir sözlə bu, özəl mülkiyyətdir və onunla bağlı addım atmaq bizim səlahiyyətimiz deyil”, - QSC-nin Baş mühəndisi deyib.

Report
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib










