"20 Yanvar"da taksi xaosu: Polis hərəkətə keçdi - VİDEO

Bakının Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyasının ətrafında yaşanan xaos sakinləri narahat edir. Avtosfer.az xəbər verir ki, ərazidə fəaliyyət göstərən taksi sürücülərinin sərnişin götürmək üçün səbəb olduğu səs-küy, həmçinin burada sıxlıq yarandığına görə rahat hərəkətin çətinləşməsi vətəndaşların narazılığına səbəb olur. "Taksilərin əlindən bezmişik, evimizə gedə bilmirik", "Maşına məcbur oturdub aparırlar", - deyə sakinlər vəziyyətdən narazı olduqlarını bildirirlər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
***
Bakının Nəsimi rayonunda taksi sürücülərinin qaydaları pozması ilə əlaqədar tədbirlər görülür. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Bakının Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyası ətrafında baş verən xaos və sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

"Dövlət Yol Polisi əməkdaşları və Post Patrul Xidmətinin naryad qrupları ərazidə fəaliyyət göstərən bəzi taksi sürücülərinin sərnişin götürmək məqsədilə dayanma-durma qaydalarını pozduqlarını və hərəkət intensivliyinə mane olan digər halları müəyyən edərək, bunun qarşısının alınması istiqamətində tədbirlər görür. Ərazidəki qayda pozuntularının aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət gücləndirilib", - deyə E.İbrahimov bildirib.
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










